İtaliya səfiri 20 Yanvar şəhidlərinin xatirəsini YAD EDİB
    • 20-01-2021, 16:53
    • 516

İtaliya səfiri 20 Yanvar şəhidlərinin xatirəsini YAD EDİB

Səfir Auqusto Massarinin rəhbərlik etdiyi İtaliya səfirliyinin nümayəndə heyəti Bakıda Şəhidlər xiyabanını ziyarət edib.

News24.az xəbər verir ki, bu barədə İtaliyanın Azərbaycandakı diplomatik nümayəndəliyi məlumat verib.

“Səfir Auqusto Massari Bakı sakinləri ilə birlikdə 1990-cı ilin Qara Yanvar hadisələrinin qurbanlarını Şəhidlər xiyabanında yad edir”, - məlumatda deyilir.