"Distant təhsil bizim seçimimiz deyil" - Təhsil naziri
    • 22-01-2021, 12:23
    • 435

"Distant təhsil bizim seçimimiz deyil" - Təhsil naziri

"Onlayn təhsil şəbəkəsi bizi mövcud reallığı araşdırmağa sövq edir".

News24.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev  bu gün keçirilən brifinqdə deyib.

Nazir vurğulayıb ki, teledərslər format olaraq minimum olsa da, şagirdlərin dərsdən yayınmamasına imkan vermir: "Bizim sentyabr və yanvar ayı etibarilə 300 min teledərslərimiz olub. Teledərslərə yalnız internet üzərindən 12 milyon baxıbsa, televiziyadan daha çox baxılıb. Bu isə öyrənənin bazasını genişləndirir. Distant təhsil bizim seçimimiz deyil. Məcburiyyətdən irəli gələn məsələlədir. 

Bunu da üeyd edək ki, elektron dərsliklərdən istifadə öyən illə müqayisədə iki dəfə artıb. Şagirdlərimiz elektron dərslərə 4 milyon dəfə müraciət edib, 30 milyon oxunma sayına çatmışıq".