-
- 22-01-2021, 14:48
- 840
Azərbaycan Milli Xalça Muzeyi fəaliyyətini BƏRPA EDİR
Ölkəmizin mədəni həyatında önəmli yer tutan Azərbaycan Milli Xalça Muzeyi 25 yanvar tarixindən etibarən öz fəaliyyətini bərpa edir.
News24.az xəbər verir ki, sərt karantin günlərindən sonra vaxtını xoş, səmərəli və maraqlı keçirmək istəyən hər kəs Azərbaycan Milli Xalça Muzeyinə gələrək zəngin və yenilənmiş ekspozisiya ilə tanış ola, möhtəşəm sənət əsərlərinin gözəlliyindən zövq ala bilər. Bu gün yerli əhalini muzeylərə cəlb etmək məsələsinin hər zamankından daha aktual olduğunu, eyni zamanda, uşaqların mədəni irsimizə, milli-mənəvi dəyərlərimizə sevgi, hörmət ruhunda tərbiyəsinin əhəmiyyətini və bu işdə təhsilin rolunu nəzərə alaraq, Milli Xalça Muzeyi yeni proqramlar hazırlayıb. Belə ki, muzeydə həftə içi hər gün uşaqlar, yeniyetmələr və böyüklər üçün bir-birindən maraqlı ustad dərsləri keçirilir. Ustad dərslərdə istifadə olunan bütün materiallar muzey tərəfindən təmin edilir və uşaqlar öz əlləri ilə yaratdıqları nümunələri özləri ilə aparırlar.
Həftənin çərşənbə günləri muzeyin “Qarabağ” otağında uşaqlar üçün oxu saatı təşkil olunur, maraqlı nağıllar oxunur. Azərbaycan Milli Xalça Muzeyinin Uşaq şöbəsi tərəfindən hər dördüncü gün müxtəlif tamaşalar göstərilir. Muzeyin balaca dostları kilimarası “Şəngülüm, Şüngülüm, Məngülüm”, “Tıq-tıq xanım”, “Cırtdan”, “Məlikməmmədin nağılı” tamaşalarına, surdo tərcümə ilə müşayiət olunan “Cırtdan” kölgə teatrına baxmaq şansı əldə edirlər. Həmçinin Azərbaycan Milli Xalça Muzeyində tanınmış mütəxəssislərin ayrı-ayrı mövzulara həsr olunmuş maraqlı mühazirələri təşkil olunur.
Qeyd edək ki, muzey I-V günlər saat 10.00-dan 18.00-dək açıq olacaq. Burada mövcud karantin qaydalarına, sanitar normalarına və metodiki göstərişlərin tələblərinə tam riayət olunur, muzeyə 10 nəfərdən çox qruplar buraxılmır. 6 yaşdan aşağı uşaqlar, 65 yaşdan yuxarı qonaqlar, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün muzeyə giriş pulsuzdur.
Sevda Bayramova