"Hazırkı atəşkəs iqtisadi münasibətlərin canlanmasına yol açmalıdır" - İran XİN başçısı
    • 29-01-2021, 12:47
    • 462

"Hazırkı atəşkəs iqtisadi münasibətlərin canlanmasına yol açmalıdır" - İran XİN başçısı

“Hazırkı atəşkəs daimi hala gəlməlidir və ticarətin, iqtisadi münasibətlərin canlanmasına yol açmalıdır”.

News24.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif yanvarın 29-da İstanbulda türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

“Azərbaycan, Rusiya, Ermənistan və Gürcüstana səfərimdə mən həmişə bunu vurğulamışam: keçmişi gələcəyə gedən yol olaraq görməliyik və bunu müsbət şəkildə istifadə etməliyik. Hazırda bütün 6 ölkə üçün zəmin hazırlanıb. Biz bölgənin və bu 6 ölkənin daha da inkişaf etməsi üçün fəaliyyət göstərə bilərik. Bura quru yollar, dəmir yolları, enerji sahəsi daxildir. Mən bu mövzuda optimistəm”, - o deyib.