Whatsapp tətilə gedir - Yenilik
    • 20-10-2018, 17:00
    • 849

Whatsapp tətilə gedir - Yenilik

Dünyanın ən məhşur sosial şəbəkələrindən olan Whatsappa daha bir yenilik əlavə olunacaq.

News24.az xəbər verir ki, hələ ki, inkişaf etdirilməkdə olan yenilik, “tətil” rejimidir.

Belə ki, arxivlədiyiniz hər hansısa söhbət, yeni mesaj gələn zaman arxivdən çıxırdısa,  “tətil” rejimini aktiv etdiyiniz zaman gələn mesajlar arxivdə qalacaq. 

İOS və Android cihazlarına əlavə olunacaq bu yeniliyin tətbiq olunacağı tariq dəqiq bilinmir.

Qeyd edək ki, Whatsappa əlavə olunacaq başqa bir yenilik, Instagram və Whatsappın bir-birinə bağlı olacağıdır.


Şəlalə Ağayeva