Bir aya 12 kilo çəki atan müğənni:
    • 4-02-2021, 15:48
    • 1 044

Bir aya 12 kilo çəki atan müğənni: "YENƏ ARIQLAYACAĞAM..."

"Bir aya 12 kilo çəki atmışam. Bu nəticəyə peşəkar dietoloq Ofeliya xanımın sayəsində nail oldum".

Bu sözləri News24.az-a açıqlamasında müğənni Elçin Hüseynov deyib. O, dietoloq Ofeliya Tahirova ilə əməkdaşlığından bəhs edib: "Məlum olduğu kimi uzun illərdir çəki problemi yaşayırdım. Baxmayaraq ki, bir çox xarici və yerli dietoloqlara müraciət etdim, amma yenə də istədiyim nəticəni əldə edə bilmədim. Bu baxımdan Ofeliya xanımın müsbət tərəfləri çoxdur. Xüsusilə də onun təqdim etdiyi yemək menyuları məni qane edir. Bəzi dietoloqlar insanlara eyni yeməyi məsləhət görür, amma Ofeliya xanımda belə bir şey yoxdur. Düşünürəm ki, uzun müddət bir yeməyi yemək insanı bezdirər. Bizim siyahımızda çox fərqli yeməklər var, bu da yaxşı cəhətlərdən biridir. 14 gündən bir menyu dəyişir. İki həftə ərzində sadəcə iki günü eyni yeməyi qəbul edirəm, daha sonra isə siyahı dəyişir. Əsas odur ki, yeməkdən bezmirsən. Dietoloqomun daha bir üstün cəhəti var. Məsələn, əgər, çəkin 95 kilodursa, görünüşcə 87 kimi görünürsən. Bir sözlə, Ofeliya xanımdan çox razıyam. O, öz işinin peşəkarıdır".

Müğənni onu da bildirib ki, bundan sonra 15 kilo daha çəki atmaq niyyətindədir: "Kilo məsələsində çox həssas, diqqətçil və iradəliyəm. Ona görə də düşünürəm ki, bir az da keçsin tamarzladığım çəkiyə düşəcəm. Bilirsiniz, mənim çəki almağımın əsas səbəbi koronavirus olub. Noyabrın 10-u hər kəs qələbəni qeyd edəndə, ailəmin və mənim COVİD-19 virusuna yoluxduğumuz məlum oldu. Amma indi çox şükür hər şey yaxşıdır".

Sevda Bayramova