Röya Ayxan ilk vaksin olunan MƏŞHURDUR
    • 4-02-2021, 15:34
    • 789

Röya Ayxan ilk vaksin olunan MƏŞHURDUR

Xalq artisti Röyxa Ayxana peyvənd tətbiq olunub. 

News24.az
xəbər verir ki, müğənni bu barədə instaqram səhifəsində məlumat verib.  O, prosesdən video yayaraq könüllü vaksin vurdurduğunu açıqlayıb: "Bu gün könüllü olaraq peyvənd olundum. Düzü, belə gözləmirdim. Heç bir əlavə təsiri olmadı, özümü çox yaxşı hiss edirəm. Bir də 21 gün sonra ikinci doza vurulacaq.  Bu virus bəlasından xilas olmaq üçün vaksin vurdurmağı məsləhət görürəm. Qorxmayın, hər şey yaxşı olacaq. Allah köməyimiz olsun". 

Qeyd edək ki, R. Ayxan ilk peyvənd olunan mədəniyyət üzvüdür.

Sevda Bayramova