İş adamı 1 milyonluq avtomobilini  basdırdı - FOTO
    • 21-10-2018, 16:45
    • 937

İş adamı 1 milyonluq avtomobilini basdırdı - FOTO

İş adamı 1 milyon dollarlıq avtomobilini torpağa basdırıb.

Misir fironlarına qibtə etdiyini deyən braziliyalı iş adamı bu barədə sosial şəbəkədə öncədən məlumat yayıb. O, sosial mediadakı hesabında “Bentley” model avtomobilini torpağa basdıracağı vaxtı açıqlayaraq, jurnalistləri həmin yerə dəvət edib. Varlı iş adamı dediyini edib. 

O, milyon dollarlıq avtomobilini jurnalistlərin gözü önündə torpağa basdırıb. İş adamı bu barədə açıqlamasında bildirib

“Milyon dollarlıq “Bentley”mi basdıracağımı deyəndə məni qınadınız. Halbuki, bir çox insan bu avtomobildən də dəyərli şeyləri hər gün torpağa basdırır. Ürək, ağciyər, qaraciyər, gözlər və böyrəklər mütəmadi olaraq torpağa basdırılır. Bu, çox ağılsız hərəkətdir. Orqana ehtiyacı olan o qədər insan ola-ola, sağlam orqanlarımızı torpağa basdırırıq.

 Dünyadakı ən böyük israfçılıq elə budur. Həyatda bir orqandan dəyərli heç nə yoxdur. Bu səbəblə, öldükdən sonra bütün orqanlarımı xəstə insanlara bağışlayıram”.

İş adamının bu hərəkəti nəticəsiz qalmayıb. Belə ki, bu xəbərdən bir ay sonra orqan bağışlamalarının sayı 31.5% artıb.

//Metbuat.az