DYP sürücülərə müraciət etdi
    • 8-02-2021, 16:10
    • 817

DYP sürücülərə müraciət etdi

Respublika ərazisində tətbiq edilmiş xüsusi karantin rejiminin yumşaldılması ötən günlərlə müqayisədə yollarda hərəkətdə olan nəqliyyat vasitələrinin, eyni zamanda sürücülər tərəfindən törədilən yol hərəkəti qayda pozuntularının sayının artmasına təsir edib. 

Baş Dövlət Yol Polisi İdarəsindən News24.az-a bildirilib ki, respublika ərazisində gün ərzində ümumilikdə 11-12 min fakt (foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrlə elektron formada qeydə alınan 6-7 min fakt) yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta aşkar edilir. Onun sözlərinə görə, dövlət yol polisi əməkdaşları tərəfindən hərəkətin təhlükəsizliyinin təmin olunması üçün qabaqlayıcı və profilaktik tədbirlərin keçirilməsinə baxmayaraq ağır yol-nəqliyyat hadisələrinin də baş vermə riski artır:

“Qeyd olunanları nəzərə alaraq, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlıqlarının təhlükə altında qalmaması üçün, Baş DYP İdarəsi bir daha bütün sürücülərdən intizamlı olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etməyi xahiş edir”.