-
- 9-05-2019, 11:13
- 1 247
Xəzərdə "İsrafil Hüseynov" gəmisində xəsarət alanlardan xəbər var - 3 nəfərin vəziyyəti ağırdır - RƏSMİ
Xəzər dənizində, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə məxsus "İsrafil Hüseynov" borudüzən gəmisinin borudüzmə zonasında baş vermiş qəza nəticəsində ümumilikdə 14 nəfər xəsarət alıb. 3 nəfərin vəziyyəti ağırdır. Bunu News24.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov açıqlamasında bildirib.
Onun sözlərinə görə, hazırda xəsarət alanlardan 7 nəfəri reanimasiyadadır: "Reanimasiyada olan yaralılardan 3 nəfərinin vəziyyəti ağırdır. Tənəffüs yolları tamamilə zədələnib. Bədənlərinin 40 faizi zədələnib”. P. Abubəkirov onu da bildirib ki, xəsarət alanlardan 7 nəfər də stasionar şəraitdə müalicə olunur: “Stasionarda olanların vəziyyəti isə normaldır. Yəqin ki, evə buraxılacaqlar".
Qeyd edək ki, ötən gün axşam saatlarında "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin balansında olan "İsrafil Hüseynov" borudüzən gəmisinin borudüzmə zonasında texnoloji avadanlıqların birində qəza baş verib. Hazırda "Saipem" şirkəti tərəfindən icarəyə götürülmüş gəmidə hadisə nəticəsində yanğın baş verib. 14 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb və Mərkəzi Neftçilər Xəstəxanasına çatdırılıblar.
Afaq Mirayiq