Oğluna toy eləyən ata cərimələndi
    • 11-02-2021, 12:19
    • 302

Oğluna toy eləyən ata cərimələndi

Sabirabadda toy məclisi təşkil edənlər cərimələnib.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan News24.az-a verilən məlumata görə, rayon sakini A. Veysəlovun yaşadığı evdə qonaqların iştirakı ilə gizli şəkildə öz oğluna toy mərasimi təşkil etdiyi müəyyən edilib.

Məclisin təşkilatçısı da daxil olmaqla, ümumilikdə, məclisdə iştirak edən 10 nəfər barəsində inzibati qaydada protokollar tərtib olunaraq cərimə ediliblər.