"Atam müğənni olmağımı istəmirdi" - JONY - FOTO
    • 22-02-2021, 15:31
    • 1 454

"Atam müğənni olmağımı istəmirdi" - JONY - FOTO

Rusiyada yaşayan və faəliyyət göstərən gənc müğənni Jony (Cahid Hüseynli) "Birinci kanal"da yayımlanan "Veçerniy Urqant" proqramının qonağı olub. 

News24.az
xəbər verir ki, ifaçı söhbət əsnasında bildirib ki, onun atası müğənni olmağını istəmirdi: "Atam istəyirdi ki, ailə biznesimizi davam etdirim, müğənni olmayım. Amma bununla belə musiqi sahəsində fəaliyyət göstərməyimə qadağa qoymadı. Dövlət İdarəetmə Universitetində beynəlxalq biznes sahəsində təhsil alarkən dərsdən sonra musiqi ilə məşğul olurdum".

O, həmçinin babasının Azərbaycanda məşhur musiqiçi olduğunu və ailəsinin incəsənətlə əlaqəsinin olduğunu bildirib. Bundan əlavə, efirdə ifaçının arxiv görüntüləri də göstərilib. 

Sevda Bayramova