Laçın və Zəngilanda da hava limanı tikiləcək
    • 26-02-2021, 11:34
    • 441

Laçın və Zəngilanda da hava limanı tikiləcək

Bizim planlarımız arasında Laçın və Zəngilanda da hava limanının tikintisi var.

News24.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

Dövlət başçısı bildirib: "Bizim azad olunmuş ərazilərdə aeroport tikmək istəyimiz tək Füzuli ilə yekunlaşmır. Laçın və Zəngilanda da aeroport tikmək kimi planımız var".