Əli Əhmədov erməni vəhşiliyindən danışdı
    • 26-02-2021, 12:52
    • 552

Əli Əhmədov erməni vəhşiliyindən danışdı

"44 günlük II Vətən Müharibəsində Azərbaycan vətəndaşları böyük qələbədən sonra Xocalı faciəsinin qurbanlarını yad edir. Bütün Azərbaycan torpaqlarının bütövlüyü uğrunda şəhid olmuş insanlarımızın qisası yerdə qoyulmadı. Həm Qarabağ işğaldan azad olundu, həm erməni faşistlərinə layiqli dərs verildi, amma eyni zamanda bütün dünya Xocalı qətliamının nümunəsində, həm ermənilərin törətdiyi digər faciələr nəticəsində bütün dünyada onların həqiqi sifəti ifşa olundu". 

News24.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında YAP sədrinin müavini Əli Əhmədov deyib. 

O qeyd edib ki, Xocalı faciəsi bizim hər birimiz üçün qan yaddaşıdır, eyni zamanda dünya üçün erməni faşizmini göstərən bir simvoldur: "Bu sıyqırımı heç zaman unutmayacağıq, eyni zamanda bütün dünyaya Xocalı faciəsinin əsasında ermənilərin törətdiyi digər faciələr erməni faşizmini, erməni millətçiliyinin əsil simasını göstərməliyik. Hesab edirəm ki, bu millət olaarq bizim qarşımızda dayanan əsas məsələlərdən biridi".