Aisel bu dəfə "Drama"dan oxudu - VİDEO
    • 2-03-2021, 14:16
    • 676

Aisel bu dəfə "Drama"dan oxudu - VİDEO

Müğənni Aisel müəllifi olduğu növbəti mahnını təqdim edib.

News24.az xəbər verir ki, "Drama" adlanan mahnının aranjımanını artıq 2 ilə yaxındır ifaçının əməkdaşlıq etdiyi Emin Kərim (STKHA) edib.

Aiselin mahnı üçün xüsusi fotosessiyaya uzun müddət Türkiyədə yaşayıb təhsil alan və "L'officiel Azərbaycan", "Esquire Turkey", "Esquire Singapore", "Cosmopolitan Turkey" kimi böyük nəşrlərlə işləyən, eyni zamanda Gülben Ergen, Şebnem Ferah, İlyas Yalçıntaş, və s. kimi ulduzlarla əməkdaşlıq edən gənc və yaradıcı stilist Murad Vəliyevlə birlikdə hazırlaşıb.

Çəkilişin fotoqrafı tanınmış azərbaycanlı fotoqraf Azər Jafardır. İfaçının caç və makiyajı isə Anar Ağakişiyevin yaradıcı komandasına aiddir.