3 nəfər magistraturaya qəbul imtahanından xaric olundu
    • 2-03-2021, 16:47
    • 495

3 nəfər magistraturaya qəbul imtahanından xaric olundu

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanında nəticələri ləğv olunan şəxslərin sayını açıqlayıb.

DİM-dən News24.az-a verilən məlumata görə, 3 nəfər qaydaları pozduğu üçün imtahandan xaric olunub və nəticələri ləğv olunub. 
Qeyd edək ki, bu gün Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına fevralın 28-də keçirilmiş qəbul imtahanının nəticələrini elan edib.