"Azərbaycan mədəniyyəti və mediası peşəkar bir insanı itirdi"- VAHİD MUSTAFAYEV
    • 3-03-2021, 13:01
    • 597

"Azərbaycan mədəniyyəti və mediası peşəkar bir insanı itirdi"- VAHİD MUSTAFAYEV

Jurnalist, kinorejissor Vahid Mustafayev xalq artisti Fəxrəddin Manafovun həyat yoldaşı Vahidə Sadıqovanın vida mərasimində iştirak edib.

Vahid Mustafayev News24.az-a açıqlamasında Vahidə Sadıqova ilə bağlı ürək sözlərini bölüşüb:  "Vahidə xanımla ANS-də tanış olmuşduq. Uzun müddət baş redaktor vəzifəsində çalışdı. Onun işlədiyi vaxtlarda ANS-də Azərbaycan xalqınının sevimli  verilişləri yayımlanırdı. Vahidə xanım çox intellektual, məlumatlı, mütaliəsi geniş insan idi. Elm adamı kimi qəbul edilirdi. Onunla sonuncu işimiz Məmməd Əmin Rəsulzadə haqqında çəkdiyimiz  bədii film oldu. Filmin redaktoru idi, çox uzun mübahisələrimiz olurdu. Təəssüf ki, filmin çəkilişlərini görmədi. Pandemiyaya görə çəkilişləri dayandırdıq. Amma bu yaradıcı iş ərsəyə gəldikdə adı mütləq qeyd olunacaq. Təəssüf olsun ki, Azərbaycan mədəniyyəti və mediası peşəkar bir insanı itirdi. Çəkinmədən deyə bilərik ki, Azərbaycanda artıq elə peşəkarlar yoxdur. Vahidə xanım kimi insanların yetişməsinə uzun illər lazımdır. Allah rəhmət etsin".

Sevda Bayramova