Aftandil İsrafilov Prezidentə MÜRACİƏT ETDİ
    • 9-03-2021, 12:44
    • 810

Aftandil İsrafilov Prezidentə MÜRACİƏT ETDİ

Xalq artisti, "Şöhrət"ordenli Aftandil İsrafilov Prezident İlham Əliyevə müraciət edib.

News24.az həmin müraciəti təqdim edir:

Hörmətli Cənab Prezident!

İcazə verin ilk növbədə İkinci Qarabağ müharibəsində Ali Baş komandan kimi qazandığınız möhtəşəm qələbə münasibəti ilə Sizi və xalqımızı ürəkdən təbrik edim. Siz Azərbaycanın tarixinə torpaqları işğaldan azad edən yeganə sərkərdəsiniz. Adınızla qürur duyur, fəxr edirəm.
Siz hər sahədə olduğu kimi incəsənət adamlarına da qayğı ilə yanaşır, rifah halının yaxşılaşdırmasıyla bağlı mühüm qərarlar verirsiniz. Şəxsən mən hər addımda qayğınızı hiss edirəm. 

Möhtərəm Prezident!

On illərdir ki, incəsənət sahəsində çalışıram. Həmişə dövlətimiz sənətimi qiymətləndirmiş, yüksək fəxri adlar və mükafatlarla fərqləndırmışdır. 
Sizə müraciət etməkdə məqsədim uzun illər mənimlə çiyin-çiyinə mədəniyyətimizə xidmət göstərən müğənni Elşad Qarayevlə bağlıdır. E. Qarayev 19 - ildən müğənnilik fəaliyyəti ilə məşğuldur. Məlahətli səsi ilə xalqın rəğbətini qazanmışdır. Bütün dövlət tədbirlərində aktiv iştirak edir. Dövlətə, dövlətçiliyə sadiq adamdır. Çox təəssüflər olsun ki, indiyə kimi sənətinə layiqli qiymət verilməmişdir. Yaşının altımışı keçməsinə baxmayaraq bu gün də incəsənətimizə şərəflə qulluq edir. İncəsənət adamlarına fəxri adlar veriləndə istedadlı müğənni Elşad Qarayevi də nəzərə almağınızı xahiş edirəm. İnanıram ki, onun fəxri ada layiq görülməsi sənətsevərlərin sevincinə səbəb olacaq.

Əvvəlcədən Sizə təşəkkürümü bildirirəm.

Sevda Bayramova