Bakıda ilk dəfə konsert verəcək Sıla sənətinin 11-ci ilində - FOTO - VİDEO
    • 24-10-2018, 10:44
    • 1 108

Bakıda ilk dəfə konsert verəcək Sıla sənətinin 11-ci ilində - FOTO - VİDEO

Paytaxtımızda ilk dəfə 29 dekabr Bakı Konqres Mərkəzində səhnəyə çıxmağa hazırlaşan türkiyəli məşhur müğənni Sıla sənətdə olmasının 11 ilini qeyd edir. 

News24.az xəbər verir ki, səsi ilə milyonların qəlbinə yol tapan 38 yaşlı ifaçı 17 iyun 1980-ci ildə Türkiyənin Denizli bölgəsində dünyaya gəlib. 



2007-ci ildə öz adını verdiyi albomu ilə ilk dəfə dinləyicilərin qarşısına çıxan Sılanın sözügedən albomdan olan “...Dan sonra” mahnısı Türkiyədə musiqi siyahılarında birinci yerdə olub. 

Dəfələrlə mükafatlara layiq görülən S.Gençoğlu qısa zamanda ölkə xaricində də sevilməyə başlayıb. 

Müğənni bu günə qədər “Sıla”, “İmza”, “Konuşmadığımız şeyler var”, “Vaveyla”, “Joker”, “Yeni ay”, “Mürekkeb” və s. kimi satış rekordları qıran albomlara imza atıb. 

Teymur Məmmədov