Türkiyənin ən çox bilet satan müğənnisi Bakıda
    • 28-11-2018, 16:38
    • 804

Türkiyənin ən çox bilet satan müğənnisi Bakıda

29 dekabr Bakı Konqres Mərkəzinin səhnəsində ilk dəfə azərbaycanlı pərəstişkarları ilə görüşməyə hazırlaşan Türkiyənin sevilən və tanınmış ifaçısı Sıla rekorda imza atıb.

News24.az xəbər verir ki, ifaçı verdiyi konsertlərlə ən çox bilet satan müğənni olub.

Dördüncü dəfə təşkil olunan mükafatlandırma mərasimində Sıla “İlin qadın sənətçisi” adına layiq görülüb.

Qeyd edək ki, konsertləri anşlaqla yadda qalan ifaçı Bakıya “Liatris Travel” və “Kevents Group”un təşkilatçılığı ilə gəlir.

Teymur MƏMMƏDOV