-
- 10-03-2021, 12:52
- 508
“Hakimiyyətdən getsə, Paşinyanı məhv edəcəklər” – ŞƏRH
Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisi Onik Qasparyan vəzifəsindən azad edilib. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyanın yaydığı bəyanatda bildirilir. Hadisədən dərhal sonra Ermənistan Prezidenti Armen Sarkisyan Baş Qərargah rəisi Onik Qasparyanın vəzifəsindən uzaqlaşdırılmasına etiraz edərək Konstitusiya Məhkəməsinə müraciət ünvanlayıb.
Məsələnin detallarını politoloq İlqar Vəlizadədən öyrəndik.
O, News24.az-a açıqlamasında bildirib ki, tərəflər arasındakı mübarizənin sonu görünmür: “Ötən illərin hadisələrinə nəzər salsaq, görərik ki, Kontitusiya Məhkəməsi ilə bağlı ziddiyətlər illərdir yaşanır. Sarkisyanın bu addımı ondan xəbər verir ki, Paşinyana qarşı çıxan insanlar vəziyyətdən istifadə edir. Digər tərəfdən bu, Ermənistanda dövlətçilik böhranının dərinləşməsinə gətirib çıxarır. Müxalif tərəfdə dayanan şəxslərin də istəyi budur. Dövlətin əsaslarını çökdürüb, Paşinyanı hakimiyyətdən uzaqlaşdıraraq, yeni bir dövlət qurmaq. Bir neçə il öncə Ermənistanda islahatların nəticəsi kimi prezident idarə-üsulundan parlamentə keçid oldu. Köhnə qüvvələr nəinki hakimiyyətə gəlmək, həmçinin, prezident idarəetmə üsulunu bərpa etmək istəyirlər. Sarkisyan isə onların dəyirmanına su tökür və köhnə qüvvələrin səfərbər olması prosesində aktiv iştirak edir”.
Politoloq Paşinyanın istefa verəcəyini düşünmədiyini deyib: “Çox güman ki, Paşinyan hakimiyyətdən getməyəcək və mübarizə davam edəcək. Düzdür, hazırda Paşinyanın impiçmenti ilə bağlı da söhbətlər var. Ancaq böhran dərinləşsə, Sarkisyanın impiçmenti ola bilər. Bu isə bütün hallarda Ermənistanın siyasi durumunun gərginləşməsinə dəlalət edir, Paşinyan istefa versə, iki il ərzində aparılan islahatlar heç olacaq. Nikolu onsuz da müxalifət qara siyahıya salıb. Hakimiyyətdən getsə, onu məhv edəcəklər. O, bunu dərk edir. Ətrafında da kifayət qədər güclü təsirə malik insanlar var. Eyni zamanda, onun arxasında diaspor nümayəndələri və Qərbin siyasi dairələri dayanır. Maraqlısı budur ki, Rusiya da Paşinyanın əleyhinə deyil. Belə olan halda Paşinyanın istefa verəcəyi ağlabatan deyil”.
Siyasət şöbəsi