Tağıyevin nəvə-nəticəsi ilk dəfə görüşdü - Video
    • 14-03-2021, 14:17
    • 759

Tağıyevin nəvə-nəticəsi ilk dəfə görüşdü - Video

"Yüz ilin adamları" layihəsində Hacı Zenalabdin Tağıyevin bir-birindən xəbərsiz nəvə-nəticələri ilk dəfə görüşüblər, tanış olublar.
 
News24.az xəbər verir ki, AzTV-də yayımlanan “Yüz ilin adamları” layihəsinin növbəti buraxılışı milyonçu Hacı
Zeynalabdin Tağıyevə həsr olunub.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, verilişdə nəcibliyi və mərhəməti ilə digər kapitalistlərdən fərqlənən, xeyirxahlığından hələ də bəhrələndiyimiz Tağıyev haqqında çox adamın xəbərsiz olduğu məqamlar açıqlanacaq.
 

Layihə komandası Tağıyevlə bağlı buraxılışı hazırlayan zaman onun Peterburqda yaşayan nəvəsi Oleq Sarayev, Parisdə yaşayan nəticəsi Alban Klod və Bakıda yaşayan digər nəticəsi Nazim Abdullayevlə görüşüb. “Yüz ilin adamları”nın kollektivi hətta bir-birindən xəbərsiz bu ailə üzvlərini tanış edib, onların onlayn görüşünü təşkil ediblər.

“Yüz ilin adamları” bu gün –martın 14-ü saat 22:00-da AzTV-də yayımlanacaq.