-
- 16-03-2021, 18:28
- 510
"Siz də bu xalqın, torpağın oğlusunuz"- ŞEYX ÇAĞIRIŞ ETDİ
Bəzi insanlar içimizdə olan mənəvi boşluqdan istifadə edərək zəfərə müəyyən ləkələr sürməyə çalışırlar. Xalqımız birləşərək Qarabağ müharibəsini qələbə ilə başa vurdu və gələcəyinin bərpası, eləcə də Azərbaycanın bütövlüyü və birliyi nəinki xaricdə, həmçinin ölkə daxilində davam etməlidir.
Bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.
"Gizli deyil ki, bəzi qüvvələr ölkə daxilində və ya xaricində qələbəni sevməyərək qəbul edə bilmir, dövlət başçısının apardığı bu siyasətə bəzən qiymət verə bilmirlər. Onlara çağırış edərdim ki, siz də bu xalqın, torpağın oğlusunuz. Onların qardaşları, oğulları torpaq uğrunda qan töküb. Bu torpağı birlikdə qorumalıyıq. Dəvət edirəm ki, vətəni sevib qorumağı bacarsınlar. Elə şeylər var ki, təhlükəsizliyimizə zərər verir, bu şeylərə qoşulmasınlar. İnsanlarda səhv ola bilər, ancaq vətənə qarşı təhlükəli sözlərin deyilməsinə və xarici qüvvələrin istifadəsinə imkan yaratmasınlar. Bunları tövsiyə edirəm”. /Report/