-
- 17-03-2021, 17:43
- 662
Şuşada yandırılan tonqal düşmənlərə mesaj idi - ŞƏRH
“Ölkə başçısının Qarabağa etdiyi ardıcıl səfərlər ermənilərin yuxularına son qoydu”.
Bunu News24.az-a Prezident İlham Əliyev və ailə üzvlərinin Şuşaya səfərini şərh edən millət vəkili Fəzail Ağamalı deyib.
Onun sözlərinə görə, Prezidentin işğaldan azad edilən rayonlarımıza səfərləri intensiv xarakter daşıyır: "Bu səfərlər son dərəcə ciddi əhəmiyyət kəsb edir. Prezidentimiz erməni barbarlarının tarixi torpaqlarımızda törətdiyi vandallıqla yaxından tanış olur. Eyni zamanda, gələcəkdə bu ərazilərdə abadlıq işlərinin aparılması üçün öz müşahidələrini edir. Digər tərəfdən, həm beynəlxalq aləmə, həm Ermənistana, həm də daxili auditoriyaya ciddi xarakter daşıyan mesajlar verir. Ölkə başçısının Novruz bayramı ərəfəsində Füzuli və Xocavəndə səfəri də önəmli mahiyyət kəsb edir. Hadrutun qaytarılmasını yuxularında görən, bu torpaqları geri qaytarmaq üçün min cür hiləyə əl atan ermənilərin bütün ümidlərinə əhəmiyyətli mesajlarla və qaldırdığı üçrəngli bayraqla son verir. İlham Əliyev “bura tarixi Azərbaycan torpaqlarıdır” deməklə, Hadrut haqqında bütün fitnə-fəsadlara, müxtəlif düşüncələrə layiqli cavab verib, məsələyə nöqtə qoydu. Əminəm ki, dövlət başçımızın bundan sonra da Qarabağa səfərləri davam edəcək. Ölkə başçısı hər səfərində önəmli layihələrin reallaşması üçün konkret addımlar atır. Həmin layihələrin birbaşa öz əlləri ilə təməlini qoyur”.
Deputat Hikmət Babaoğlunun fikrincə, Azərbaycan Prezidentinin işğaldan azad edilən ərazilərimizə səfərlərinin hər biri özlüyündə mühüm hadisədir: “Novruz bayramı ərəfəsində İlham Əliyevin Şuşaya səfəri xüsusi simvolik mahiyyət daşıyır. Bu səfər tarixi yaddaşımızda olan qədim ənənəmizin işğaldan azad edilmiş torpaqlarımızda təntənəsi idi. Bu hadisə hər birimizin ürəyindən xəbər verir. Azərbaycan xalqının çoxlu bayramları var. Ancaq əziz bayramımıza təsadüf edən vaxtda İlham Əliyev və xanımı məhz bütün Azərbaycan xalqının arzusunu ifadə edən Novruz tonqalını Şuşada yandırdı. Bu, həm də düşmənlərə verilən mesaj idi. Qarabağın ən müqəddəs, strateji nöqtəsinə, tarixi şəhərimizə onun sahibi qayıdaraq, milli adət-ənənəmizi yaşatdı. Bu, o deməkdir ki, bundan sonra bütün Qarabağ torpaqlarımızda həm Azərbaycan xalqının öz hüquqları yenidən bərpa olunur, həm də onun tarixən yaratdığı bütün adət və ənənələr yenidən yaşayacaq. Eyni zamanda, erməni vandalların dağıtdığı, viran qoyduğu bütün ərazilərimizdə - maddi, dini, mənəvi abidələrimiz bərpa olunacaq”.
Siyasət şöbəsi