"Papaq atanda bilirdim, kim şirniyyat qoyacaq, kim pul"- XƏYYAM NİSANOVLA NOVRUZ SÖHBƏTİ - VİDEO
    • 19-03-2021, 18:44
    • 783

"Papaq atanda bilirdim, kim şirniyyat qoyacaq, kim pul"- XƏYYAM NİSANOVLA NOVRUZ SÖHBƏTİ - VİDEO

Elimizə, obamıza bahar gəlir. Novruz bayramına saatlar qalıb. Hər kəs evində bahar təmizliyi aparır, bayram bazarlığı edir, Novruz şirniyyatları bişirir.  Düzdür, bu il digərlərindən fərqli olaraq, Novruz bayramı təntənəli keçirilməyəcək. Hər kəs bayramı evində, ailəsi ilə qeyd edəcək. Amma hər halda hamı səbirsizliklə bu milli bayramı gözləyir.

Biz də News24.az olaraq hər kəsin zövqlə izləməsi üçün xüsusi bayram buraxılış hazırladıq. Müğənni Xəyyam Nisanovla Bakımızın ən qədim məkanı İçərişəhərimizi gəzib Novruz adətlərindən danışdıq. Müğənni həm bizimlə söhbət etdi, həm yumurta döyüşdürdü, həm də sevənləri ilə şəkil çəkdirdi.


Daha ətraflı sizlərə təqdim etdiyimiz videoda:

Müxbir: Sevda Bayramova
VİDEO - FOTO : Fərid Şabanov, Hüseyn Həsenov