-
- 19-03-2021, 19:11
- 457
"AstraZeneca" beyin damarı trombozu yaratdı - 24 ÖLKƏ İMTİNA ETDİ
Finlandiya "AstraZeneca" peyvəndinin istifadəsini dayandırıb.
News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Milli Səhiyyə və Sosial İnkişaf İnstitutu məlumat yayıb.
Fimea Əczaçılıq Təhlükəsizliyi və İnkişaf Mərkəzindən verilən məlumata görə, "AstraZeneca" peyvəndinin tətbiqindən 4-10 gün sonra Finlandiyada iki beyin damarı trombozu qeydə alınıb.
Ehtiyat prinsipinə uyğun olaraq, Milli Sağlamlıq və Sosial İnkişaf İnstitutu (THL) "AstraZeneca" peyvəndinin Finlandiyada tətbiq olunmasını əlavə məlumat alınana və mümkün səbəb əlaqəsi qiymətləndirilənə qədər dayandırmağa qərar verib.
Qeyd edək ki, bu günə qədər 24 ölkə "AstraZeneca" vaksininin istifadəsini dayandırıb.