"ÜST rəsmən elan etdi ki, "AstraZeneca" tam təhlükəsizdir, amma..." - YAQUT QARAYEVA
    • 19-03-2021, 16:54
    • 769

"ÜST rəsmən elan etdi ki, "AstraZeneca" tam təhlükəsizdir, amma..." - YAQUT QARAYEVA

"AstraZeneca" peyvəndinin Azərbaycana gətirilməsi sərəncamla əsaslandırılmır. Bu, COVAX təsisi çərçivəsindədir. COVAX-la razılaşmaya girdiyimizi hələ payızda elan etmişdik. Onun da əsas şərti odur ki, COVAX bizə ÜST tərəfindən təsdiqlənmiş, qeydiyyata alınmış tam təhlükəsiz və effektiv peyvəndi verəcək".

Bunu News24.az-a açıqlamasında TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib.  Qurum rəsmisi bildirib ki, COVAX-ın Azərbaycana hansı peyvəndi veriləcəyini zaman göstərəcək: "Bizə belə bir məlumat daxil olub ki, ölkəmizə "AstraZeneca" peyvəndi veriləcək. Araşdırmalar və müzakirələr gedir. Ümumdünya Səhiyyə Təşkilatı rəsmi olaraq elan etdi ki, "AstraZeneca" tam təhlükəsizdir. Biz yenə də gözləyirik və məlumatları izləyirik".