"Ailəmlə Naxçivanik kəndinə gedəcəyəm" - VAHİD MUSTAFAYEV
    • 23-03-2021, 16:07
    • 486

"Ailəmlə Naxçivanik kəndinə gedəcəyəm" - VAHİD MUSTAFAYEV

"Bizim media sahəsində işlərimiz davam edir, amma sözsüz ki, "Bakı Film kinostudiyası" qələbəylə bağlı bir film çəkəcək. Hazırda bu işlərlə məşğuluq və ssenari axtarışındayıq, bir neçə ideyamız var. Müsabiqə də elan etmişik".

Bu sözləri News24.az-a açıqlamasında tanınmış jurnalist, rejissor Vahid Mustafayev deyib. O, söhbət əsnasında qələbəmizdən də danışıb: "2016-ci ildə ANS-in lisenziyası alınmamışdan öncə mənə desəydilər ki, ermənilər Füzulinin bir kəndini bizə qaytarırlar, amma əvəzində ANS bağlanacaq, mən razı olardım. Bu gün isə görün, nə boyda torpağımız işğaldan azad olunub. Böyük fəxarətlə və əminliklə deyə bilərəm ki, bizim bütün ərazilərimiz geri qaytarılacaq. İnşallah, mən də ailəmlə birgə Çingizin şəhid olduğu Naxçıvanik kəndinə gedəcəm. Orda - onun vurulduğu yerdə rəmzi məzar qurmağı düşünürük".