-
- 23-03-2021, 15:56
- 456
"AstraZeneca" vurulan 24 yaşlı tələbə öldü
Fransanın tibb orqanları "AstraZeneca" vaksinindən sonra dünyasını dəyişən 24 yaşlı tələbə ilə bağlı araşdırmaya başlayıb.
News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Milli Dərman Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Məlumatda "Tromboembolik problemlərə dair dərin araşdırmamızın bir hissəsi olaraq, "AstraZeneca" ilə peyvənd olunduqdan bir neçə gün sonra 24 yaşlı gəncin ölümü barədə xəbərlər aldıq. Bu hadisəyə görə regional farmakoloji nəzarət mərkəzləri geniş araşdırmaya başlayıblar" deyilir.
Vurğulanır ki, hazırda ölüm hadisəsini peyvəndin istifadəsi ilə əlaqələndirmək üçün səbəb yoxdur.
Yerli "Sud Ouest" qəzetinin yazdığına görə, vəfat edən gənc tibb tələbəsi olub. O, 8 mart tarixində peyvənd edilibvə 10 gündən sonra mənzilində ölüb. Gəncin heç bir sağlamlıq problemi olmadığı, sağlam həyat tərzi sürdüyü və idmanla məşğul olduğu qeyd edilib.
Meyit üzərində aparılan yarılmanın nəticəsi olaraq, ölüm səbəbinin qan laxtalanması nəticəsində meydana gələn daxili qanama olduğu bildirilib.