Qırğızıstanda keçmiş baş nazirə qarşı cinayət işlərinə xitam verildi - 100 milyonluq ödəniş
    • 24-03-2021, 10:21
    • 429

Qırğızıstanda keçmiş baş nazirə qarşı cinayət işlərinə xitam verildi - 100 milyonluq ödəniş

Qırğızıstanda ölkənin keçmiş baş naziri Omurbek Babanov barəsində cinayət işlərinə xitam verilib.

News24.az "Sputnik Qırğızıstan"-a istinadən xəbər verir ki, bu barədə Milli Təhlükəsizlik Dövlət Komitəsinin mətbuat xidməti məlumat yayıb. 

Qeyd edilib ki, dövlətin, hüquqi şəxslərin və vətəndaşların mənafelərinə ziyan vurma faktları olmadığı üçün işlərdə əlavə icraata xitam verilməsi barədə qanuni prosessual qərar verilib.

Qərar keçmiş baş nazirə və onunla əlaqəli kommersiya strukturlarına qarşı əvvəllər başlanılmış işlərin istintaqının nəticələrinə əsasən verilib.

Eyni zamanda, Babanov tərəfindən dəstək olaraq dövlət büdcəsinə 100 milyon somun könüllü köçürülməsi barədə razılıq əldə edilib.