Saxta "Sputnik V"-ni gömrükdən keçirmək istədilər
    • 25-03-2021, 10:32
    • 337

Saxta "Sputnik V"-ni gömrükdən keçirmək istədilər

Meksikada saxta "Sputnik V" peyvəndini gömrükdən keçirmək istəyərkən saxlanılan şəxslər polisdən qaçmağı bacarıblar.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Meksika Baş Prokurorluğu məlumat yayıb. Bildirilib ki, yerli gömrükçülər ampulalarla dolu soyuducunu və təyyarəni prokurorluğa təhvil veriblər.

Məsələ ilə bağlı istintaq başlayıb.

İmmiqrasiya Xidmətindən pilota və oteldə yerləşdirilən sərnişinlərə immiqrasiya bildirişləri verilməsi istənilsə də, onlar hüquq-mühafizə orqanlarının əməkdaşlarından qaçmağı bacarıblar.