"Facebook" keçmiş məhkumlar üçün tətbiq hazırlayır
    • 25-03-2021, 12:07
    • 475

"Facebook" keçmiş məhkumlar üçün tətbiq hazırlayır

Dünyanın ən böyük sosial şəbəkəsi "Facebook" keçmiş məhkumların cəmiyyətə uyğunlaşmalarına kömək etmək üçün tətbiq hazırlayır.

News24.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb. Agentlik "The Re-Entry" tətbiqinin reklamını "İnstaqram"da yerləşdirilib.

"İctimaiyyət tərəfindən dəstəklənən həbsxanadan sonrakı həyat" mövzusunda kömək təklif edən tətbiqə istifadəçələrə erkən qeydiyyat təklif edilib.  Lakin sonradan paylaşım silinib. 

"Facebook təmsilçisi bildirib ki, marginal qrupların qarşılaşdığı çətinliklərin öhdəsindən gəlmək üçün müxtəlif yollar axtarırlar.