-
- 25-03-2021, 13:11
- 452
Bill Qeyts pandemiya ilə bağlı BÖYÜK SƏHVLƏRDƏN DANIŞDI
"Microsoft"-un ən böyük səhmdarı Bill Qeyts Avropa və ABŞ-ın koronavirus pandemiyasının ilk mərhələlərində fatal səhvlərə yol verdiyini deyib.
News24.az RİA-ya istinadən xəbər verir ki, B.Qeyts bununla bağlı öncədən xəbərdarlıq etdiyini açıqlayıb. O, xəbərdarlığında riskin olduğunu və az məbləğə buna hazırlaşmağın mümkünlüyünü vurğulayıb: "Təəssüf ki, bu edilən tövsiyə investisiyaları həyata keçirilmədi. Bunların arasında xəstələri ən qısa müddətdə diaqnoz edə bilmək üçün məsləhətlər var idi. PCR texnologiyası çox dəqiq test keçirməyə imkan verir. Epidemiyanın başlanğıc mərhələsində kifayət qədər insan yoxlanılsaydı və yoluxanlar karantinə alınsaydı, bu qədər geniş qapanmaya ehtiyac qalmazdı".
B.Qeyts erkən investisiyaların vəziyyətdən xilas yolu olduğuna inandığını dilə gətirib: "Əvvəlcədən sərmayə qoymaq məcburiyyətindəyik. O zaman bu qədər maliyyə tələb etməyəcəkdi. Epidemiya baş verəndə belə bir şansımız var idi. Dünya liderləri buna əvvəlcədən hazırlaşsaydılar və ya heç olmasa doğru alimlərə müraciət etsəydilər. Eyni zamanda da testlərin sayını izləyib və təcrid olunmaya diqqət edilsəydi, o zaman ölkələrdəki vəziyyət daha yaxşı ola bilərdi".
"Baş verənlərdən çıxarılmalı olan olan bir sıra nəticələr var və düşünürəm ki, bu vəziyyətin təkrarlanmaması üçün buna investisiya yatıracağıq. Bu investisiyaların çox hissəsi yalnız pandemiya zamanı deyil, həm də qrip, malyariya, poliomielit və digərlər xəstəliklər də daxil olmaqla onlardan qurtulmaq üçün vasitədir" - deyə Bill Qeys bildirib.