Almaniyada COVID-19-un 3-cü dalğası: 50 YAŞLILARDA FƏSADLAR QALACAQ
    • 25-03-2021, 14:11
    • 357

Almaniyada COVID-19-un 3-cü dalğası: 50 YAŞLILARDA FƏSADLAR QALACAQ

Almaniyada koronavirusun 3-cü dalğasının başlaması rəsmən elan olunub.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, Almaniya Kansleri Angela Merkel yoluxmalarda yenidən kəskin bir artımın olduğunu açıqlayıb. O bildirib ki, hazırda ölkədə koronavirusun 3-cü dalğası başlayıb:"Yenə də yoluxmalarda üst-üstə bir artım var. Koronavirusun "İngilis" mutasiyası dominant hala gəlib. Hazırda yeni pandemiyada yaşayırıq".

A.Merkel vətəndaşları dövlət xidmətindən istifadə etməyə və həftəlik pulsuz koronavirus testindən keçməyə çağırıb.  O, vaksinlərin effektivliyinə əmin olana qədər koronavirus testinin pandemiyaya nəzarət üçün zəruri məsələ olduğunu vurğulayıb.

Almaniyada yayılan koronavirusun yeni ştammına toxunan Angela Merkel, bunun bütün yaş qruplarını təhdid etdiyini və buna görə də məhdudlaşdırıcı tədbirlər daxil olmaqla, pandemiyaya nəzarət etmək üçün bütün vasitələrdən istifadə edilməsinin lehinə olduğunu söyləyib:"Reanimasiya şöbələrində narahatlıq çox yüksəkdir. Xəstəxanalarda 90 yaşlı yox, 50, 60 və 70 yaşlı insanlar olacaq. Onlar yüksək həyat gözləntiləri olandır. Mütəxəssislərin fikrincə bunların da 10 faizində koronavirusdan uzunmüddətli fəsadlar qalacaq".