Traktorla yük avtomobili toqquşdu, ölən var
    • 20-01-2021, 12:03
    • 345

Traktorla yük avtomobili toqquşdu, ölən var

Ağcabədidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, yanvarın 19-da saat 18 radələrində Ağcabədi şəhəri ərazisində Gəncə şəhər sakini N.Yusifovun idarə etdiyi “MAN” markalı yük avtomobili Bərdə rayon sakini Ə.Fətəliyevin idarə etdiyi “MTZ” markalı traktorla toqquşub.

Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş Ə.Fətəliyev orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.