Makron həyəcan təbili çaldı:
    • 27-03-2021, 14:55
    • 356

Makron həyəcan təbili çaldı: "QİÇS epidemiyası başlaya bilər"

"Koronavirus pandemiyası fonunda digər xəstəliklər, əsasən də QİÇS barədə unatmaq olmaz".

News24.az xəbər verir ki, bu sözləri Fransa prezidenti Emmanuel Mak "Facebook" səhifəsində yazıb.

Fransa lideri pandemiyanın artıq bir ildir insanların həyatına təsir etdiyini vurğulayıb:"Bu problemlə mübarizə digərlərini kölgədə qoyur. Beləliklə, sağlamlıq böhranı HİV testində dramatik bir azalmaya gətirib çıxarıb. Bu, böyük bir təhlükədir. Çünki QİÇS olduğunuzu bilmədiyiniz üçün tibbi dəstək almırsınız, ehtiyat tədbirləri haqqında düşünmürsünüz. Bu zaman isə özünüzü və başqalarını riskə atarsınız. Bu, cəmiyyətimiz üçün QİÇS epidemiyasının yenidən başlama təhlükəsini yaradır".