Milyarder helikopter qəzasında HƏLAK OLDU
    • 29-03-2021, 11:21
    • 393

Milyarder helikopter qəzasında HƏLAK OLDU

Alyaskada helikopöter qəzasında 56 yaşlı çexiyalı milyarder Peter Kellner həlak olub.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə PPF investisiya qrupunun sözçüsü İtka Tkadletsova məlumat verib. 

Qəza xizək yamacları olan Knik buzlaqının yaxınlığında baş verib. Helikopterdəki beş nəfər ölüb, biri isə sağ qalıb. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirirlər.

Qeyd edək ki, Peter Kellner "PPF Group"un qurucusu və əsas səhmdarıdır. Son məlumatlara görə, onun sərvətinin 17,5 milyard dollar olduğu təxmin edilir.