"Bu məlumatı kim yayıbsa..."- Nagehan Fəridlə boşanma XƏBƏRİNDƏN DANIŞDI
    • 30-03-2021, 13:19
    • 1 337

"Bu məlumatı kim yayıbsa..."- Nagehan Fəridlə boşanma XƏBƏRİNDƏN DANIŞDI

Azərbaycanın tanınmış blogerləri Nagehan Akpınar (Abdullayeva) və Fərid Abdullayevin ayrılma xəbərləri yayılıb. 

Xəbərin doğru olub-olmadığını öyrənmək üçün N. Abdullayeva ilə əlaqə saxladıq.

O, News24.az-a açıqlamasında yayılan məlumatların yalan olduğunu bildirib: "Hazırda məşğul olacağım başqa problemlərim var. Bu cür şayiələrə vaxt ayırmaq istəmirəm. Əgər yazıldığı kimi boşanma baş verəcəksə, mən bu haqda mədəni şəkildə açıqlama verərəm. Amma yazılanların heç biri düz deyil. Bu cür yalan xəbərlər niyə çıxır, anlaya bilmirəm. Bunu kim yayıbsa, reytinq üçün edib".

Qeyd edək ki, Fərid və Nagehan Türkiyədə evlilik proqramında tanış olub, ailə qurublar. Cütlüyün Kumsal adlı bir qızı var.