Əfqanıstanda hərbi helikopter vuruldu - ÖLƏN VƏ YARALANANLAR VAR
    • 1-04-2021, 10:30
    • 457

Əfqanıstanda hərbi helikopter vuruldu - ÖLƏN VƏ YARALANANLAR VAR

Əfqanıstanda hərbi helikopter qəzaya uğrayıb.

News24.az RİA-ya istinadən xəbər verir ki, bu barədə "Ariana News" Helmand əyalət məclisinin başçısı Atullah Əfqana istinadən xəbər yayıb. Bildirilib ki, helikopterdə olan üç nəfər həlak olub, dörd nəfər isə yaralanıb. Helmand əyalət məclisinin başçısı qəzanın səbəbləri barədə ətraflı məlumat verməyib.

Buna baxmayaraq Əfqanıstan Müdafiə Nazirliyi helikopterin qəza enişi etdiyini, itkinin olmadığını açıqlayıb. 

Taliban qruplaşmasından hadisə ilə bağlı nümayəndələri Qari Məhəmməd Yusuf Əhmədiyə istinad edərək bildirilib ki, helikopter Helmanddakı Vaşir bölgəsində onlar tərəfindən vurulub. nun sözlərinə görə, beş nəfər - Əfqanıstan ordusunun komandiri, üç əsgər və bir pilot ölüb. Yaralılar var.