"Eurovision 2021"-də tamaşaçıların iştirakına İCAZƏ VERİLDİ
    • 1-04-2021, 14:20
    • 385

"Eurovision 2021"-də tamaşaçıların iştirakına İCAZƏ VERİLDİ

"Eurovision 2021"-də tamaşaçılar iştirak edə biləcək.

News24.az RİA-ya istinadən xəbər verir ki, bu barədə Niderland Nazirlər Kabineti qərar qəbul edib. Məşqlər, yarımfinallar və final şousunun hər birində 3500 izləyicinin iştirakı mümkün olacaq. 

Buna baxmayaraq şounu izləmək istəyən hər bir tamaşaçı zala daxil olarkən neqativ COVID-19 testinin cavabını təqdim etməldiir. 

Qeyd edək ki, "Eurovision 2021” Beynəlxalq Mahnı Müsabiqəsində Azərbaycanı müğənni Əfəndi təmsil edəcək.