Rasim Quliyev niyə həbs edildi? – Qardaşı DANIŞDI
    • 3-04-2021, 13:01
    • 758

Rasim Quliyev niyə həbs edildi? – Qardaşı DANIŞDI

“Rasim Quliyev barəsində üç aylıq həbs qəti imkan tədbiri seçilib. Ona görə ki, sənədləşmədə müəyyən xətalara yol verib. O, 2018-ci ildə aparat rəhbəri olub və işdən çıxıb. 18 il Bakı Şəhər İcra Hakimiyyətində işləyib. Uzun müddət də aparat rəhbəri olub. Onu Cinayət Məcəlləsinin 308.2 maddəsi ilə əilə ittiham edirlər, yəni sənədləşmə işlərini düzgün aparmayıb. O, rüşvətə görə saxlanılmayıb. Sənədləşmə işlərində problemlər olub”.

Bunu “Səs” İnformasiya Agentliyinin rəhbəri, politoloq Bəhruz Quliyev qardaşı Rasim Quliyevin saxlanılmasına münasibət bildirərkən deyib.

Bəhruz Quliyev xatırladıb ki, qardaşı Rasim Quliyev 1988-ci ildə Tələbə Hərəkatının liderlərindən biri olub: “1992-ci ilin dekabrında qatı Heydər Əliyevçi olduğuna görə AXC-Müsavat hakimiyyəti dövründə həbs edilib. 1993-cü ilin yanvarında həbsxanada aclıq elan edib. Bütün beynəlxalq təşkilatlar Rasimi siyasi məhbus kimi tanıyıb. Aclıq elan etməsini də qeydə alıblar. Ondan sonrakı dövrlərdə də dövlətçiliyə xidmət edib. Onun həyatı sırf dövlətçiliyə və ideologiyaya xidmətlə keçib”.

B. Quliyevin sözlərinə görə, yəqin ki, apelyasiya şikayəti veriləcək: “Apelyasiya şikayətində həqiqətin, ədalətin öz yerini tapacağına inanırıq. Rasim Quliyev həm də “Resurs” Analitik İnformasiya Mərkəzinin rəhbəridir. Həmin analitik informasiya mərkəzi də dövlətçilik və azərbaycançılıq ideologiyasının tərənnümçüsü olub. Bu istiqamətdə böyük araşdırmalar və sorğular keçirib”. /Publika.az/