Salyanda yük avtomobilləri toqquşdu - YARALANAN VAR
    • 5-04-2021, 09:20
    • 314

Salyanda yük avtomobilləri toqquşdu - YARALANAN VAR

Salyan rayonunda yol qəzası olub.

Bu barədə News24.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Salyan rayonu ərazisində “KamAZ” markalı iki yük avtomobilinin toqquşması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan Muğan Regional Mərkəzinin xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.