Rusiya "Sputnik Layt"ın sınaqlarına başladı
    • 5-04-2021, 12:11
    • 436

Rusiya "Sputnik Layt"ın sınaqlarına başladı

Moskvada "Sputnik Layt" vaksininin kliniki sınaqları üçün könüllülərin yığılması prosesi yekunlaşıb.

News24.az TASS-a istinadən xəbər verir ki, könüllülər artıq vaksinləşdirilib. Bu barədə jurnalistlərə paytaxt bələdiyyə başçısının sosial inkişaf üzrə müavini Anastasiya Rakova bildirib: "Beynəlxalq araşdırmada iştirak edən, 6 min könüllünün 3 mini Moskvadadır. Hamısı ilkin müayinədən keçib və onlara peyvənd vurulub. Tədqiqat 10 şəhər poliklinikası əsasında aparılır".

Bildirilib ki, "Sputnik Layt peyvəndi artıq sınaqların ilkin mərhələlərini keçib. Dərmanı orqanizm normal peyvənd kimi qəbul edilir.

Vaksinin tərkibində koronavirus olmadığına görə, inyeksiyadan sonra virusa yoluxmaq və ya ətrafdakını yoluxdurmaq riski sıfıra bərabərdir.