-
- 7-04-2021, 11:51
- 480
Qəbələdə yaşadığı ünvanı tərk edən 2 koronavirus xəstəsi saxlanılıb - VİDEO
Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən pandemiyanın yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən nəzarət tədbirləri zamanı aktiv koronavirus xəstələrinin yaşadığı ünvanı tərk etdiyi və digər vətəndaşlarla ünsiyyətdə olduğu aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan News24.az-a verilən məlumata görə, rayonun Corlu kənd sakini Sübhan Mahmudovun və Mıxlıqovaq kənd sakini Qabil Cəlilovin COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün evdə müalicə almasına baxmayaraq, həmin şəxslər kənd ərazisində hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılıb və yaşadığı ünvana geri qaytarılıb.
S.Mahmudov və Q.Cəlilov barəsində Qəbələ Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.