Əfqanıstanda qaz obyektlərində PARTLAYIŞ
    • 10-04-2021, 10:07
    • 411

Əfqanıstanda qaz obyektlərində PARTLAYIŞ

Əfqanıstanın şimal-qərbindəki Herat şəhərində qaz obyektlərinin yerləşdiyi ərazidə bir neçə partlayış baş verib.

News24.az xəbər verir ki, bu barədə "Tolo News" məlumat yayıb. Yerli səlahiyyətlilərin sözlərinə görə, partlayışlardan sonra güclü yanğın başlayıb.  Hazırda yanğının söndürülməsi üçün işlər aparılır.