-
- 10-04-2021, 18:30
- 796
"Qəbələ"nin baş məşqçisi: "Neftçi" ilə görüşün nəticəsi ədalətlidir"
"Oyunun belə ağır keçəcəyini bilirdik. Rəqibimiz çempionluğa oynayır, arsenalında keyfiyyətli futbolçuları var. Bizim də öz planımız var idi. Matç dinamik alındı. Hər iki komanda müdafiə yox, hücum futbolu sərgilədi. Görüşün nəticəsi ədalətlidir".
News24.az xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev evdə "Neftçi" ilə 2:2 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXII tur matçından sonra mətbuat konfransında deyib.
41 yaşlı mütəxəssis bildirib ki, istəyi komandasının hücum edə-edə müdafiə olunmasıdır: "Udanda da, uduzanda və ya heç-heçə edəndə də futbolçularımın deyilənləri icra etdiyini görürəmsə, bundan məmnun oluram. Məni kədərləndirən futbolçularımın deyilənləri meydanda icra etməməsidir. Şən futbol oynayırıq".
Baxşıyev hakimlik barədə daha geniş danışmayacağına söz verdiyini söyləyib: "Futbolda emosiyalar yüksək həddə olur. Kənarda emosional görünməyimiz təəccüblü görünməsin. Çünki komandanın məsuliyyətini özümüz daşıyırıq".
Baş məşqçi oyunu buraxan Nikolas Rayselin zədəli olduğunu diqqətə çatdırıb: "Gələn oyunlarda onun xidmətindən yararlana biləcəyik".