“Dərs vaxtı”nda müəllimlər  şagirdlərin suallarını cavablandıracaq - VİDEO
    • 22-04-2021, 13:04
    • 282

“Dərs vaxtı”nda müəllimlər şagirdlərin suallarını cavablandıracaq - VİDEO

Aprelin 24-dən etibarən “Dərs vaxtı”nda yeni formatda dərslərin yayımına başlanılır.

Bu barədə News24.az-a Təhsil Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, bu dəfə müəllimlər canlı yayım vasitəsi ilə şagirdləri maraqlandıran suallara aydınlıq gətirəcək, çətinlik çəkdiyiniz məsələləri, açıq tipli və situasiya tapşırıqlarını, qavranılması çətin olan mövzuları izah edəcəklər.

Sözügedən dərslər hər şənbə günü saat 11:00-da Təhsil Nazirliyinin rəsmi feysbuk səhifəsi üzərindən canlı yayımlanacaq.

Sizi düşündürən sualları canlı yayım zamanı feysbuk postunun rəy bölməsində qeyd edə və yaxud [email protected] elektron ünvanına yazıb göndərə bilərsiniz. 

Dərsləri “Dərs vaxtı”nda izləməyi unutmayın!