-
- 23-04-2021, 16:37
- 569
"Qələbəmizlə onun da ruhu şad oldu" - ANAR MƏMMƏDXANOVUN ANIM GÜNÜDÜR
"Anar "KVN", "KVN" Anar. Nə etsəm də, nə qədər uğur qazansam da, hamının yaddaşında "Bakılı oğlanlar"ın kapitanı kimi qalacağam".
Özü belə demişdi. O, həqiqətən də fəal ictimai xadim və millət vəkili oldu. Amma yenə də hər kəs onu şən və hazırcavab Anar kimi sevdi. Onu bu gün də belə xatırlayırlar. İntellektli, vətənpərvər bakılı oğlan sevənlərinin yaddaşında elə belə də qaldı. Zamanında "İnsan vaxtında gəlib vaxtında getməlidir" demişdi. Amma o, Azərbaycanın ictimai həyatına vaxtında gəlsə də, gedişi vaxtsız oldu. Anar Məmmədxanov ömrünün 40-cı baharında qəfil ürək tutulmasından vəfat etdi.
News24.az xəbər verir ki, bu gün əfsanəvi kapitanın anım günüdür.
Mərhumun ən yaxın dostlarından biri olan aktyor Vado Korovin də bu gün Anar Məmmədxanovu yad edib: "Belə insanlar 100 ildə bir dəfə gəlir. Biz çox xoşbəxtik ki, onunla eyni dövrdə yaşamışıq. Məhz Anar bizi bir araya toplayıb, uğur qazanmağımıza vəsilə oldu. Onun yoxluğunu çox hiss edirik, çünki əvəzedilməz idi. Nəinki biz, məncə, bütün Azərbaycan xalqı Anar üçün darıxır. O, bir örnək idi. Az, amma parlaq ömür yaşadı. Həm yaradıcılıq dünyasında, həm də layiqli vətəndaş kimi hər kəsə kömək əlini uzadırdı. Xüsusilə də, gəncləri çox dəstəkləyirdi. İstər maddi, istərsə də mənəvi olaraq hər kəsə yardım edərdi. Zeynəb Xanlarovanın bir sözü var. Həmişə Anara deyərdi ki, "Anar, Milli Məclisdə 125 deputat var, amma camaat problemindən asılı olmayaraq, ya səni axtarır, ya məni". Zeynəb xanımın yarızarafat, yarıgerçək sözündə çox böyük həqiqət vardı. Həqiqətən də Anar ondan dəstək gözləyən heç kimə "yox" deməzdi. Kimə lazımdırsa zəng edirdi, işini düzəldirdi".
V. Korovin onu da vurğulayıb ki, mərhum A. Məmmədxanovun ən böyük arzusu Şuşanın işğaldan azad olunduğu günü görmək idi: "Hər dövrün öz qəhrəmanı var. Bizim də qəhrəmanımız Anar idi. Bilmirəm, onun davamçısı var, ya yox. Amma bizim liderimiz məhz o idi. Bizim dövr çox çətin idi. Amma Anar hər zaman arxamızda idi".
"Anar böyük vətənpərvər idi" deyən Vado Korovin onun ən böyük məqsədi Qarabağın işğaldan azad görmək olduğunu vurğuladı: "Qarabağ", "Şuşa" kəlmələri onun ürəyinə həkk olunmuşdu. Noyabrın 8 -i, Şuşanın qaytarıldığı gün ilk olaraq yadıma Anar düşdü. Çünki bu, onun ən böyük arzusu idi. Mən inanıram ki, qələbəmizlə onun da ruhu şad oldu".