"Oskar" mükafatları öz sahiblərini tapdı - TAM SİYAHI
    • 26-04-2021, 09:04
    • 416

"Oskar" mükafatları öz sahiblərini tapdı - TAM SİYAHI

ABŞ-da 93-cu "Oskar" mükafatları öz sahiblərini tapıb.

News24.az xəbər verir ki, "Ən yaxşı film" "Köçərilər diyarı", "Ən yaxşı aktyor" Entoni Hopkins ("Ata" filminə görə), "Ən yaxşı aktrisa" isə Frensis Makdormand ("Köçərilər diyarı" filminə görə) seçilib. 

Gecədə Xloya Çjao "Ən yaxşı rejissor" adına layiq görülüb. 

"Oskar 2021"in siyahısını təqdim edirik:

Ən yaxşı köməkçi aktyor - Daniel Kaluuya - "İuda və Qara Məsih"

Ən yaxşı köməkçi qadın aktrisa - Yun Ye-jung, -  "Minari"

Ən yaxşı orijinal ssenari - "Ümid bağışalyan qız" - Emirald Fennell

Ən yaxşı uyğunlaşdırılmış ssenari - "Ata" Kristofer Hampton və Florian Zeller

Ən yaxşı xarici film - "Daha birini"

Ən yaxşı cizgi filmi - "Ruh"

Ən yaxşı sənədli film - "Mənim müəllimim - Səkkizayaq"

Ən yaxşı kinematoqraf - Erik Messersşmidt - "Mank"

Ən yaxşı bəstəkar - Trent Reznor, Attikus Ross, Con Baptiste - "Ruh"

Ən yaxşı kostyum dizaynı - "Ma Reyni: Bluzun anası"

Ən yaxşı səs - "Metalın səsi"

Ən yaxşı redaktə - "Metalın səsi"

Ən yaxşı qısa film - "İki uzaq yad"

Ən Yaxşı Cizgi Qisa Film - "Əgər bir şey olsa, səni sevirəm"

Ən yaxşı sənədli qısa - "Kolett"

Ən yaxşı prodüser - "Mank"

Ən yaxşı makiyaj və saçlar - "Ma Reyn: Bluzun anası"

Ən yaxşı mahnı - Mübarizə Sizin üçün - "İuda və Qara Məsih"

Ən yaxşı vizual effektlər - "Tenet"