Qaşıqçı cinayəti: Ölümün əsl səbəbi, sifarişçi və icraçı- KƏŞFİYYAT DETALLAR BİLİR
    • 29-10-2018, 15:10
    • 891

Qaşıqçı cinayəti: Ölümün əsl səbəbi, sifarişçi və icraçı- KƏŞFİYYAT DETALLAR BİLİR

Səudiyyəli jurnalist Camal Qaşıqçının ölümü ilə bağlı maraqlı təfərrüat ortaya çıxıb.  Böyük Britaniya xüsusi xidmət orqanları jurnalistin oğurlanması planından xəbərdar olub.
“Daily Express"in yazdığına görə, jurnalisti Səudiyyə Ərəbistanının Yəməndə kimyəvi silahdan istifadə etdiynə dair dəlilləri ictimailəşdirmək planının qarşısını almaq üçün öldürüblər.
Qəzet kəşfiyyatdakı mənbəyinə istinadən yazır ki, Britaniyanın Hökumət Rabitəsi Mərkəzi Səudiyyə Ərəbistanı kəşfiyyat xidməti əməkdaşlarının danışıqlarını dinləyib. Danışıqlarda jurnalistin oğurlanaraq Ər-Riyada aparılması tapşırığı verilib. Jurnalistin müqavimət göstərəcəyi təqdirdə şəraitə uyğun müstəqil qərar qəbul etmək tapşırılıb.
Ehtimallara görə, əmr vəliəhd şahzadə Məhəmməd bin Salmandan gəlib. London jurnalistin ölümündən 3 həftə əvvəl onun oğurlanacağına dair informasiyaya sahib olub. Böyük Britaniya kəşfiyyatçıları əməliyyatı həyata keçirməmək üçün səudiyyəli həmkarlarına müraciət də edib.
Junalistin yaxın ətrafından olan biri qəzetə bildirib ki, Qaşıqçı yaxın zamanlarda kimyəvi silah istifadəsinə dair sənədləri əldə edəcəkdi. Xüsusilə fosfor döyüş sursatından istifadəyə dair sənədlərin jurnalistə veriləcəyi gözlənilirdi. Həmin şəxs Qaşıqçı ilə görüşündə onun bitkin və çox əsəbi olduğunu deyib.
Xatırladaq ki, jurnalist 2 oktyabrda yoxa çıxıb və daha sonra onun öldürüldüyü etiraf olunub. 

//Cebhe.info